İsrail əsgərləri 1973-cü ildə müharibənin bitməsindən və 1974-cü ildə atəşkəsdən sonra Suriya ərazisinə ilk dəfə açıq şəkildə daxil olublar. Nəticədə hərbçilər Suriya ilə sərhəddəki Qolan Təpələri bufer zonasından irəliyə gediblər.
Bizim.Media xəbər verir ki, bu barədə 2 İsrail rəsmisi "The New York Times"a bildirib.
Nəşrin yazdığına görə, İsrail qüvvələri sərhədin Suriya tərəfindəki Hermon dağını, eləcə də “bölgəyə nəzarəti sabitləşdirmək üçün vacib hesab edilən bir sıra digər əraziləri” ələ keçiriblər.
“Əl Ərəbiyyə” telekanalı ərəb mənbəsinə istinadən bildirib ki, Rusiya bufer zonası ilə həmsərhəd olan Dəraa əyalətində iki obyekti, eləcə də müşahidə üçün rəsədxananı İsrailə təhvil verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:12 / 09.12.2024
İsrail ordusu son 50 ildə ilk dəfə Suriya ərazisinə daxil oldu
Hazırda oxunan: İsrail ordusu son 50 ildə ilk dəfə Suriya ərazisinə daxil oldu
Hazırda oxunan: İsrail ordusu son 50 ildə ilk dəfə Suriya ərazisinə daxil oldu
224358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.