Rusiyada vulkan püskürdü: Aviaşirkətlərə xəbərdarlıq edildi

Hazırda oxunan: Rusiyada vulkan püskürdü: Aviaşirkətlərə xəbərdarlıq edildi

224357

Rusiyanın Saxalin vilayətində vulkan püskürməsi qeydə alınıb.

Bizim.Media Rusiya FHN-ə istinadən xəbər verir ki, Böyük Kuril silsiləsindəki Ebeko vulkanının püskürməsi nəticəsində kül buludu 1,5 kilometr yüksəkliyə qalxıb.
 

Kül kütləsi 5 kilometr radiusda yayılıb. Vulkanın püskürdüyü ərazidə turistlər olmayıb. Yaxınlıqda təyyarə marşrutları yoxdur. Bununla belə, vulkanın təkrar püskürmə ehtimalı nəzərə alınaraq aviaşirkətlərə xəbərdarlıq edilib.


Dövlət qurumlarına dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin