Əsədin taleyi ilə bağlı spekulyasiyalar - O haradadır?

Hazırda oxunan: Əsədin taleyi ilə bağlı spekulyasiyalar - O haradadır?

224312

Suriya prezidenti Bəşər Əsəd əvvəlcə Moskvaya getmək niyyəti ilə Həmimim bazasına yollanıb, ancaq ölkəni tərk etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.
 

Mənbə qeyd edir ki, Suriya hakimiyyətinin süqutu ilə Bəşər Əsədin hara qaçdığı sualı gündəmə gəlib.


“Flight Radar” saytına əsasən, Əsədin təyyarəsi ölkənin sahil bölgəsinə uçduqdan sonra yenidən əks istiqamətə gedib və xəritədən itib.

Digər mənbələr Əsədin dünən gecə yarısı Rusiya bazalarından birinə getdiyini də açıqlayıb.

Suriyanın baş naziri bildirib ki, Əsədin və müdafiə nazirinin harada olması isə hələ də bəlli deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin