Dəməşqdə hələ də silah səsləri eşidilir.
Bizim.Media xəbər verir ki bu barədə TASS-a şəhərdəki mənbədən məlumat daxil olub.
Mənbə qeyd edib ki, bəzi ailələr avtomobillərə minib şəhəri tərk edir.
"Hər yerdə atışma, silahlı insanlar var, onların sayı çoxdur, tez-tez havaya atəş açırlar", - agentliyin həmsöhbəti bildirib.
Sakinlərdən biri əlavə edib: “Bəzi ailələr Dəməşqi tərk etmək qərarına gəlib və maşınlarını dənizə doğru sürürlər”.
Bizim.Media