CNN araşdırdı: Bəşər Əsəd Dəməşqdə yoxdur

Hazırda oxunan: CNN araşdırdı: Bəşər Əsəd Dəməşqdə yoxdur

224231

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən yazıb.

Mənbə qeyd edib ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə yoxdur. 
 

Bundan başqa, adətən siyasətçini qoruyan və hərəkətləri zamanı onu müşayiət edən qvardiya də gözə dəymir.


Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb.

“Üsyançı qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər”, - mənbə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin