ABŞ-da TikTok qadağan olunacaq?

Hazırda oxunan: ABŞ-da TikTok qadağan olunacaq?

224122

ABŞ-da “TikTok”un qadağan olunması məsələsi, ölkə daxilində və beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Son qərar, bu məsələnin ciddi bir şəkildə hüquqi müstəviyə keçdiyini göstərir. Kolumbiya Dairəsi Temyiz Məhkəməsi, “TikTok”un ABŞ istifadəçilərinin məlumatlarını topladığı iddiası ilə əlaqədar çıxarılan və mart ayında imzalanan qanunun tətbiqi üçün yol açdı. Məhkəmə, “TikTok”un Çin şirkətin sosial media platformasını satması və ya ABŞ-da tamamilə qadağan olunması ilə bağlı qərar qəbul etdi.

Bizim.Media xəbər verir ki, üç hakimdən ibarət heyət, “TikTok”un qadağasının ABŞ Konstutiyasının 1-ci maddəsi ilə təmin olunan ifadə azadlığına və ABŞ-ın "açıq internet" siyasətinə zidd olduğu iddialarını rədd etdi.

Qarara əsasən, “TikTok”un 19 yanvar 2025-ci ilə qədər Çin şirkəti ByteDance ilə olan əlaqələrini sona çatdırması tələb olunur. Əks təqdirdə, platforma ABŞ-da qadağan olunacaq və istifadəçilər üçün əlçatan olmayacaq. Məhkəmə, bu satış prosesi zamanı inkişaflara bağlı olaraq Prezident Joe Biden’ın “TikTok”un qadağasını 90 gün uzatmaq hüququ olduğunu da vurğulayıb.

Qeyd edək ki, keçən il, ABŞ hökuməti “TikTok”u Çin hökumətinin ABŞ istifadəçilərinin məlumatlarına girişi əldə etməsi ilə ittiham edib və şirkətin ya ABŞ-lı bir firmaya satılmasını, ya da tamamilə qadağasını tələb etmişdi. Bu istiqamətdə, mart ayında ABŞ Konqresi tərəfindən qəbul edilən qanun layihəsi Prezident Biden tərəfindən imzalanmışdı.

“TikTok” isə, bu qanunun ABŞ Konstitusiyasının ifadə azadlığına və "açıq internet" prinsipinə zidd olduğunu əsas gətirərək, məhkəməyə müraciət etmişdi. Şirkət, həmçinin verilən vaxtın çox qısa olduğunu və ByteDance ilə əlaqələrinin sona çatdırılmasının praktiki olaraq mümkün olmadığını iddia edib. Nəticə etibarilə, TikTok'un gələcəyi ABŞ-da qeyri-müəyyən qalır.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin