“ABŞ olmasaydı Ukraynada münaqişə baş verməzdi” - Macarıstanın baş naziri

Hazırda oxunan: “ABŞ olmasaydı Ukraynada münaqişə baş verməzdi” - Macarıstanın baş naziri

223996

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, yeni seçilmiş prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişməlidir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir “Kossuth” radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə ABŞ Ukrayna münaqişəsində mühüm rol oynayır, lakin bu, seçilmiş prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə dəyişəcək:

"Amerika olmasaydı, bu müharibə baş verməzdi, bu münaqişə Amerikanın iştirakı olmadan çoxdan bitərdi", - deyə Macarıstanın baş naziri vurğulayıb. 

O qeyd edib ki, Ukrayna ətrafında “kritik vəziyyət” yaranıb, çünki hakimiyyətdən gedən Co Bayden administrasiyası ona mümkün qədər geniş hərbi dəstək verməyə çalışır və gələn Tramp administrasiyası bu münaqişənin sülh yolu ilə həllinə çalışacaq. Orban hesab edir ki, ABŞ-ın hazırkı dövlət katibi Antoni Blinkenin Ukraynada hərbi xidmətə çağırış yaşının aşağı salınması zərurəti ilə bağlı təhlükəli bəyanatları Amerikanın həqiqətən strategiyasını dəyişməli olduğunu göstərir.

Baş nazir həmçinin qeyd edib ki, vəziyyət yanvarın 20-də Trampın inaqurasiya mərasimi keçiriləndə və ABŞ-da hakimiyyət respublikaçıların əlinə keçəndə dəyişəcək:

“O zaman hər şey həll olunacaq, lakin o vaxta qədər proses əvvəlki kimi olacaq. Biz sülh tərəfdarıyıq, lakin çətin və təhlükəli vəziyyətdəyik", - deyə Orban deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin