“Yanukoviçə qarşı çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı” – Lavrov

Hazırda oxunan: “Yanukoviçə qarşı çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı” – Lavrov

223958

“2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
 

“2014-cü ilin fevralında dövlət çevrilişi olmasaydı və bir gün əvvəl o vaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma yerinə yetirilsəydi, Ukrayna hələ də vahid formada qalacaq, Krım da onun bir hissəsi olacaqdı”.


Nazirin sözlərinə görə, Rusiya tərəfi Donbassda 2014-cü ildə başlayan münaqişənin sona çatmasında səmimi şəkildə maraqlıdır. Lakin bunun üçün Ukraynanın yeni qurulmuş hökuməti tərəfindən “sabotaj edilmiş” Minsk razılaşmasının yerinə yetirilməsi lazım idi.

Lavrov əlavə edib ki, bu hökumət hakimiyyət dəyişikliyini qəbul etməyən insanlarla birbaşa dialoqa girməli və iqtisadi əlaqələrin inkişafına kömək etməli idi. Lakin bunların heç biri edilmədi.

Xatırladaq ki, Krım 2014-cü ilin fevralında Ukraynanın ovaxtkı prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra Rusiya tərəfindən ilhaq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin