Köhnə telefonların saxlanma qaydaları

Hazırda oxunan: Köhnə telefonların saxlanma qaydaları

22389

Köhnə smartfondan uzun müddət yararlanmaq üçün, cihazın ömrünü uzadan şərait yaradılmalıdır. Rusiyanın "Roskaçestvo" təşklatının rəqəmsal məhsullarının sınaqdan keçirilməsi üzrə baş mütəxəssisi Sergey Kuzmenko cihazların işləmə müddətini artıran, onların saxlanması qaydaları barədə danışıb.

Bizim.Media deyerler.org-a istinadla bildirir ki, mütəxəssis ilk növbədə telefonu, batareyası tamamilə boşalmış vəziyyətdə saxlamamağı tövsiyə edir:

"Uzun müddət ərzində tamamilə boşalmış halda qalmış batareya işləməyəcək". Bundan əlavə, cihazı 50-80% enerji yığmış halda bir neçə ay qalsa zərər görməyəcək.

Kuzmenko, həmçinin telefonların və digər cihazların 100% enerji yığmasının vacib olduğu mifi də təkzib edib. "Əksər hallarda litium-ion və ya litium-polimer batareyalardan istifadə olunur ki, buna texniki cəhətdən ehtiyac duyulmur", - ekspert qeyd edib.

Bununla belə, batareyanı sıfıra qədər tamamilə boşaltmaqdan çəkinmək lazımdır. Mütəxəssisin dediynə görə, telefonu istiliyin çox yüksək və ya əksinə, çox aşağı olduğu yerlərdən saxlamqdan çəkinmək lazımdır.

Eyni zamanda telefonun uzun müddət günəş işığına məruz qalması yolverilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin