Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdır - Britaniya XİN

Hazırda oxunan: Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdır - Britaniya XİN

223702

Ukrayna ehtiyacı olduğu hərbi yardımın 99 faizini NATO-ya üzv ölkələrdən alır.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemminin Britaniya XİN tərəfindən yayımlanan bəyanatında deyilir. Nazir alyansa üzv ölkələrin Kiyevə yardımlarını davam etdirməli olduğunu da bildirib.

Bəyanatda, həmçinin Böyük Britaniyanın hərbi xərcləri ÜDM-in 2,5 faizinə çatdırmaq niyyətində olduğu vurğulanır. Londonun bu məqsədə nə vaxt çatmağı planlaşdırdığını deməyən nazir, NATO tərəfdaşlarını Birləşmiş Krallıqdan nümunə götürməyə çağırıb.

Bu ərəfədə Polşa və NATO Varşavanın sərəncamında olan MiQ-29 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı intensiv danışıqlar aparır. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin