İraqın “Haş əş-Şaabi” qruplaşmasının lideri Əl-Fəyyad döyüşçülərinin Suriyada olmasını təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə İraq qruplaşmasının rəhbəri mətbuata açıqlamasında deyib.
“Mən Xalq Səfərbərlik Qüvvələrinin üzvlərinin Suriyaya daxil olmasını qəti şəkildə inkar edirəm. Onlar İraqdan kənarda fəaliyyət göstərmirlər”, - o bildirib.
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi iranpərəst qrupların Əsəd rejiminə qarşı çıxan üsyançılarla mübarizədə kömək etmək üçün Suriyaya daxil olduğunu bildirmişdi.
Bizim.Media