ABŞ kəşfiyyatının və Dövlət Departamentinin keçmiş rəhbəri Mayk Pompeonun məktəbdə yaxşı oxumasına baxmayaraq, ağlı çatışmır.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern Pompeonun Rusiya prezidenti Vladimir Putin haqqında dediyi sözləri şərh edərkən deyib.
Daha əvvəl Fox News kanalında Pompeo bildirmişdi ki, Putin Ukraynada “Oreşnik” raketindən istifadə edərək son təsir rıçaqından istifadə edib və ABŞ-ın seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə bu təsir rıçaqının gücü azalacaq.
"Pompeo West Point-i ən yaxşı kursant kimi bitirdi. Mükəmməl təhsil aldıqdan sonra isə həyatda uğursuza düçar oldu. On il ərzində o, bir dənə də olsun ağlabatan fikir söyləməyib”, deyə Makqovern bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası siyasi problemlərin həllində faydalı olmayacaq.
Bizim.Media