Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə görüşdü - FOTO

223242

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa İttifaqı Şurasının yeni prezidenti və Avropa Komissiyasının nümayəndələri ilə görüşüb. Avropalı siyasətçilər Ukraynaya vəzifələrinin ilk günündə gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski “Telegram” səhifəsində məlumat verib.
 

Zelenski Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosto ilə görüşüb. Dövlət başçısının sözlərinə görə, görüşdə Avropa və qlobal işlərə baxış - mövcud problemlər və perspektivlər müzakirə olunub.


“Belə bir simvolik işə başlama bizim hamımız üçün Avropada əsas prioritetləri əks etdirir və biz Rusiyanın təkcə Ukraynaya qarşı deyil, həm də vahid Avropaya qarşı başlatdığı müharibəni dayandırmaq üçün hər şeyi edəcəyik. Avropamızı - Avropa İttifaqının təsisatlarını və hər bir Avropa ölkəsinə dəstək siyasətini gücləndirmək üçün mümkün qədər tez, ədalətli şəkildə bu müharibəni bitirmək istəyirik”, - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti Aİ-nin yeni xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə də danışıqlar aparıb.

Danışıqların əsas mövzusu hava hücumundan müdafiə sistemlərinə ehtiyac olub.

“Biz arzu olunan ümumi nəticələr naminə səylərimizi əlaqələndiririk”, - deyə Zelenski əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin