Müxalif Suriya Milli Ordusu bu gün başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rifat bölgəsini tam mühasirəyə alıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Şeyh Neccar sənaye bölgəsinə qədər irəliləyib və bununla da Tel-Rifat bölgəsi tam mühasirəyə alınıb.
Əməliyyat çərçivəsində Tel Rıfatdakı Minnığ Hava Limanı, Şevergaelrız, Tennep, Malikiyye, Keffin, Kefernaya, Miskan, El-Cuz, Tatmıraş, Tel İneb, Mezeret Hamad, Zoyan və Maranaz kəndləri, Zuyan təpəsi də PKK/YPG terrorçularından təmizlənib və müxalif Suriya Milli Ordusunun nəzarətinə keçib.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
Bizim.Media