Almaniyada yük maşını 50 avtomobilə çırpıldı: 26 nəfər xəsarət aldı

Hazırda oxunan: Almaniyada yük maşını 50 avtomobilə çırpıldı: 26 nəfər xəsarət aldı

223220

Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində yük maşınının Polşadan olan sərxoş sürücüsünün törətdiyi qəzada 26 nəfər xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, bu barəə "Bild" məlumat yayb.

Məlumata görə, yük maşını sürücüsü polisdən qaçmağa çalışıb.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının dayanmaq tələbinə cavab verməyib, sürəti artırıb və daha sonra qarşıdakı zolağa çıxaraq onlarla avtomobilə çırpılıb.

Qəza nəticəsində ümumilikdə 50 avtomobilə ziyan dəyib. Dəymiş maddi ziyanın məbləği hələ müəyyən edilməyib.

Qəzanın baş verdiyi A1 şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin