Gürcüstanın Baş naziri Avropa strukturlarını sərt tənqid etdi

Hazırda oxunan: Gürcüstanın Baş naziri Avropa strukturlarını sərt tənqid etdi

223207

Yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb və bu, son dərəcə narahatlıq doğurur.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.

“1949-2008-ci illərdə Avropa İttifaqı bir növ ədalət simvolu idi. Bu gün isə yalan və ədalətsizliyin Avropa strukturlarında dərin kök salması son dərəcə narahatedicidir. Yalan və ədalətsizlik onda özünü göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müsbət rəyinə baxmayaraq, Avropa strukturları hələ də seçkilərin nəticələrini rəsmən tanımayıblar.

Avropalı siyasətçilərin və məmurların bir hissəsi açıq şəkildə bəyan edəndə ki, onlar üçün Gürcüstan yalnız “kollektiv milli hərəkat”ın hakimiyyətə qayıdışı şəraitində dəyərlidir, bu, başa düşülən deyil və gürcü cəmiyyətinə qarşı təhqirdir. Zorakı insanlar, qatillər, işgəncə verənlər, biznes reketləri, telekanalları oğurlayanlar və müharibə təşəbbüskarları ilə hər hansı bir əlaqə Gürcüstan cəmiyyətinin Avropa bürokratiyasına olan inamını sarsıdır və bu, bizi son dərəcə narahat edir”, - deyə Baş nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin