Dövlət Dumasının sədr müavini: “Rusiyasız Ermənistan olmayacaq”

Hazırda oxunan: Dövlət Dumasının sədr müavini: “Rusiyasız Ermənistan olmayacaq”

222993

“Rusiya və Ermənistan xalqları birdir və bu baxımdan bizim çoxəsrlik tariximiz hər dəfə sübut edir ki, hər iki ölkənin bir-birinə ehtiyacı var və Rusiyasız Ermənistan olmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bildirib.

O qeyd edib ki, Ermənistanın indiki siyasi rəhbərliyi fərqli düşünür və Qərblə yaxınlaşmağa doğru gedir:

“Hesab edirəm ki, Ermənistanda bir nömrəli problem Qərblə əməkdaşlığın xilası illüziyası və Avropa yönümlü kursdur ki, cənab Paşinyan və onun tərəfdaşları Ermənistan üçün düzgün hesab edirlər. Lakin mən belə düşünmürəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin