Türkiyənin Hərbi Dəniz Qüvvələri mayın 25-də Egey və Aralıq dənizinin şərqində “Dəniz canavarı-2021” (“Denizkurdu-2021”) adı altında hərbi təlimlərə başlayıb.
Bizim.Media xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, təlimdə 25 500 şəxsi heyət, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 pilotsuz uçuş aparatı iştirak edir. Bu da 2021-ci ilin martında keçirilən “Mavi Vətən” təlimindən sonra Egey və Aralıq dənizinin şərqində keçirilən növbəti geniştərkibli hərbi tədbirdir.
Pandemiyaya görə, əvvəlki illərdən fərqli olaraq bu il gəmilərə vətəndaşlar buraxılmayacaq.
"Dəniz canavarı“ iyunun 5-də başa çatacaq
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:31 / 25.05.2021
Türkiyə Egey və Aralıqda geniş təlimlərə başladı - VİDEO
Hazırda oxunan: Türkiyə Egey və Aralıqda geniş təlimlərə başladı - VİDEO
Hazırda oxunan: Türkiyə Egey və Aralıqda geniş təlimlərə başladı - VİDEO
22292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.