Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Qərb ölkələri Ukraynaya 100 min "sülhməramlı" qüvvə göndərməyi planlaşdırır.
Bizim.Media bu barədə məlumatı xarici KİV-ə istinadən xəbər verir.
“Bu vəzifələri həll etmək üçün Qərbdən Ukraynanın faktiki işğalı tələb olunacaq. Ümumilikdə, Ukraynaya 100 min “sülhməramlı” qüvvə göndərilməsi planlaşdırılır" - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunur.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərbin Ukraynada rusofobik rejimi qorumaq niyyətində olduğunu bildirmişdi.
Bizim.Media