Ermənilər Xarkovdakı konsulluqdan sonra mədəniyyət mərkəzinə atəş açdı - FOTO

Hazırda oxunan: Ermənilər Xarkovdakı konsulluqdan sonra mədəniyyət mərkəzinə atəş açdı - FOTO

2229

Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinə silahlı hücum edilib.

Bizim.Media bildirir  ki, bu barədə Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov məlumat verib.

Onun sözlərinə görə, ilkin ehtimala əsasən, mərkəzə iki güllə atəşi açılıb. Güllələr pəncərələrə dəyib.

S.Qurbanov bildirib ki, baş verən insidentlə bağlı Xarkov şəhər polisinə müraciət edib.

Xatırladaq ki, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02:30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb.

Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.

Qeyd edək ki, Xarkov şəhəri ermənilərin daha çox sıx yaşadığı yerdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin