İsrail Müdafiə Qüvvələri (İDF) Livanda atəşkəs razılaşmasını bir neçə dəfə pozub.
Bizim.Media xəbər verir ki, bu barədə Livan ordusunun mətbuat xidməti məlumat yayıb.
“2024-cü il noyabrın 27 və 28-də İsrail müxtəlif növ silahlarla Livan ərazilərinə hücum edərək atəşkəs razılaşmasını bir neçə dəfə pozub”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, noyabrın 25-də İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəs sazişi imzalayıb.
Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:55 / 28.11.2024
İsrail atəşkəs razılaşmasını POZDU
Hazırda oxunan: İsrail atəşkəs razılaşmasını POZDU
Hazırda oxunan: İsrail atəşkəs razılaşmasını POZDU
222864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.