Tehran - İstanbul reysi ilə uçan təyyarədə gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin “Peqasus” aviaşirkətinin Tehrandan İstanbula uçan təyyarəsinin sərnişini enişdən yarım saat öncə "Allahu Əkbər" qışqıraraq təyyarənin təcili çıxış qapısını açmağa çalışıb.
Təyyarə bələdçiləri həmin şəxsin qarşısını ala biliblər.
Sərnişinlərdən birinin sözlərinə görə, bələdçi həmin şəxsi saxlamağa çalışıb və o, xanımın üzünə yumruq zərbələri endirib.
Bundan sonra sərnişinlər onu tutub saxlayıblar.
Təyyarə yerə endikdən sonra həmin şəxs polislər tərəfindən saxlanılıb.
Bizim.Media