“Xristianlar dünyanın sonundan qorxmurlar”.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ümumdünya Rusiya Xalq Şurasının iclasında deyib.
O, bəşəriyyəti nüvə müharibəsindən qorxmamağa çağırıb.
“Nüvə mövzusuna dair həddindən artıq həyəcan və fərziyyə mənəvi baxımdan faydalı deyil. Xristianlar dünyanın sonundan qorxmurlar. Biz böyük izzətlə gələcək, şəri məhv edəcək və bütün millətləri mühakimə edəcək Rəbb İsanı gözləyirik, lakin bu o demək deyil ki, biz sakitcə oturub baş verənlərə səssizcə baxıb şərin qalib gəlməsinə imkan verməliyik”, - o bildirib.
Bizim.Media