Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində "Oreşnik" zərbələri üçün hədəfləri seçir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının Astana şəhərində keçirilən iclasında deyib.
Rusiya lideri etiraf edib ki, bu hədəflər Kiyevdəki mərkəzlər ola bilər.
Onun sözlərinə görə, Kiyev Moskva və Sankt-Peterburqda milli əhəmiyyətli hədəfləri vurmağa cəhd edib və bu cəhdlər indi də davam edir.
Putin bildirib ki, Rusiyanın “Oreşnik”ə bənzər daha bir neçə kompleksi var və onlar istifadəyə hazırdır.
Rusiya prezidenti iddia edir ki, "Oreşnik"in gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər.
"Bu gecə Rusiya Ukraynadakı hədəflərə 90 raket və 100 pilotsuz uçan aparatla zərbə endirib və 117 hədəfi vurub. Son iki gündə Rusiya Ukrayna ərazisinə 100 raket və 466 PUA atıb", deyə o yekunlaşdırıb.
Bizim.Media