Türkiyədə son 60 ilin ən sərt qışı GÖZLƏNİLİR - PROQNOZ

Hazırda oxunan: Türkiyədə son 60 ilin ən sərt qışı GÖZLƏNİLİR - PROQNOZ

222752

Bu il qış aylarının Türkiyədə son 50-60 ilin ən sərt fəsli olacağı proqnozlaşdırılır. Hazırda ölkə üzrə hava temperaturunun ötən illərin eyni dövrünə nisbətən daha aşağı olduğu, bəzi bölgələrdə isə qarın daha erkən yağması müşahidə edilir.

Bizim.Media xəbər verir ki, alimlər bunu cari ilin yay aylarının olduqca isti keçməsi və təbiətin buna qarşı özünü tənzimləməsi ilə izah edirlər. Belə ki, bu il Türkiyədə 1970-ci ildən bəri ən isti yay fəsli qeydə alınıb. Fəsil ərzində ölkədə orta temperatur normadan azı 2 dərəcə yüksək olub.

Mütəxəssislərin fikrincə, çox isti bir fəsildən sonra daha soyuq bir dövrün başlaması normal haldır. Türkiyə üzrə ötən yaz-yay aylarının olduqca isti keçməsi, yağışın norma miqdarından daha az yağmasının ardınca qış fəslinin daha tez gəlməsi gözlənilən idi.

Qeyd edək ki, noyabrın 23-dən başlayaraq ölkə üzrə havanın temperaturu 10-15 dərəcə enib. Bəzi bölgələrdə qarın qalınlığı bir metri ötüb. Anidən dəyişən hava şəraiti səbəbindən bu həftənin əvvəlindən başlayaraq Türkiyənin bəzi vilayətlərindəki məktəblərdə tətil elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin