Yaponiyada ABŞ raketlərinin peyda olması halında, Rusiya Federasiyası yenilənmiş nüvə doktrinasına uyğun olaraq adekvat addımlar atacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
“İndiki mərhələdə Rusiyanın orta və daha qısa mənzilli raketləri necə və harada yerləşdirə biləcəyinin təfərrüatlarını müzakirə etməyə ehtiyac yoxdur. Lakin yenilənmiş nüvə doktrinasında Amerikanın orta mənzilli raketlərinin yerləşdirilməsi halında Rusiya öz müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atmağa məcbur olacaq”, - Zaxarova qeyd edib.
Rusiya XİN rəsmisi qeyd edib ki, Asiya-Sakit okean regionunda Amerika raketlərinin yerləşdirilməsi orada sabitliyin qorunmasına kömək etmir, yalnız silahlanma yarışını qızışdırır:
“Biz Yaponiya tərəfini dəfələrlə xəbərdar etmişik ki, əgər belə əməkdaşlıq nəticəsində onun ərazisində ABŞ-nin orta mənzilli raketləri yerləşdirilərsə, bu, ölkəmizin təhlükəsizliyinə real təhdid yaradacaq".
Bizim.Media