Ukrayna Silahlı Qüvvələri (USQ) radioelektron mübarizə (REM) texnologiyalarından istifadə edərək İran istehsalı olan "Şahed" dronlarının koordinatlarını dəyişdirir və onları yenidən Rusiyaya və Belarusa göndərir.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
Nəşrin məlumatına görə 24-26 noyabr tarixlərində Belarusla sərhədi keçən 43 dron qeydə alınıb ki, bu da rekord göstərici hesab olunur.
Qəzetin mənbələri bildirir ki, bu, dronların peyk koordinatlarının "spoofing" (aldadıcı siqnallar göndərmə) metodu ilə dəyişdirilməsi nəticəsində baş verir. Bu texnologiya dronların ilkin təyinat yerini dəyişdirərək onları düşmən tərəfinin ərazisinə qaytarmağa imkan verir.
Ukrayna tərəfi bu taktikadan Rusiyanın və Belarusun istifadə etdiyi dronların hücum gücünü zərərsizləşdirmək və onların özlərinə qarşı istifadəsini təmin etmək üçün yararlanır. Analitiklərin fikrincə, bu, Ukraynanın müasir texnologiyalar sahəsində üstünlüyünü və innovativ hərbi yanaşmasını göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:48 / 27.11.2024
Ukraynadan yeni texnologiya - Rusiyadan gələn dronlarını geri göndərir
Hazırda oxunan: Ukraynadan yeni texnologiya - Rusiyadan gələn dronlarını geri göndərir
Hazırda oxunan: Ukraynadan yeni texnologiya - Rusiyadan gələn dronlarını geri göndərir
222633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.