Hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiyanın 6 regionu üzərində 22 ədəd Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Rostov vilayətində 10, Belqorodda vilayətində 7, Voronejdə 2, Kursk, Bryansk və Smolensk vilayətlərində isə hərəsində 1 ədəd pilotsuz uçuş aparatı məhv edilib.
Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib.
Bu barədə rusiyalı hərbi bloger Yuri Podolyak məlumat yayıb.
Rus qoşunlarının Kupyansk istiqamətindən geri çəkilməsini Ukrayna Teleqram kanalları da təsdiqləyib.
“DeepState” Teleqram kanalı Ukrayna ordusunun Kupyansk ətrafında təmizləmə işlərini başa çatdırdığını yazıb.
Bizim.Media