Rusiya 30 britaniyalıya sanksiya TƏTBİQ ETDİ - Siyahıda nazirlər də var

Hazırda oxunan: Rusiya 30 britaniyalıya sanksiya TƏTBİQ ETDİ - Siyahıda nazirlər də var

222524

Rusiya Federasiyası Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-nin bəyanatında qeyd edilib.
 

Bildirilib ki, Britaniya siyasi isteblişmentinin, hərbi blokun nümayəndələri və bir sıra britaniyalı jurnalistlər Rusiyanın “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Siyahıda Böyük Britaniya Baş nazirinin müavini Raynerin də adı var.


Həmçinin Britaniyanın daxili işlər, maliyyə, səhiyyə və ədliyyə nazirlərinə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, bu gün həmçinin Böyük Britaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona ikinci katibi haqqında dərc olunan məlumatla bağlı kəskin etiraz edilib. Həmçinin bildirilib ki, Moskva Britaniya kəşfiyyatçılarının Rusiya ərazisindəki fəaliyyətinə dözməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin