Merkel: Avropanın Rusiya qazından imtina etməsi Almaniya üçün ciddi iqtisadi zərbə oldu

Hazırda oxunan: Merkel: Avropanın Rusiya qazından imtina etməsi Almaniya üçün ciddi iqtisadi zərbə oldu

222419

Amerika Birləşmiş Ştatlarının mövqeyinə zidd olaraq həyata keçirilən “Şimal axını 2” (SA-2) qaz kəməri layihəsindəki roluma görə peşman deyiləm.

Bizim.Media xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel BBC-yə müsahibəsində bunu etiraf edib.

“Biz, əlbəttə ki, bu xəbərdarlıqlara (Ukrayna və ABŞ-dan) diqqət yetirdik və mən onları dinlədim.

O vaxt heç kim Rusiya qazının ixracını tamamilə dayandırmaqdan danışmırdı. Donald Tramp Ağ Evi tərk etdikdən sonra biz prezident Co Baydenlə razılığa gəldik ki, SA-2-dən yalnız o halda istifadə etməyə başlayacağıq ki, enerji resursları silah kimi istifadə edilməyəcək”, – Merkel xatırladıb.
 

Eyni zamanda Merkel etiraf edib ki, Avropanın Rusiya qazından imtina etməsi Almaniya üçün ciddi iqtisadi zərbədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin