Bu gün Türkiyənin 24 əyalətində əlverişsiz hava şəraiti ilə əlaqədar təhsil dayandırılıb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, güclü qar yağması ilə yarana biləcək çovğun, buzlanma, şaxta və duman təhlükəsi ilə əlaqədar təhsil bir gün müddətinə dayandırılıb.
Məlumata görə, Kayseri, Neşehir, Ordu, Gümüşhane, Kastamonu, Bolu, Yozqat, Artvin, Karabük, Malatya, Giresun, Sinop, Ərzurum, Tokat, Aksaray, Kırşehir, Kahramanmaraş, Samsun, Trabzon, Niğde, Bingöl, Çankırı, Konya, Karaman əyalətlərinin bir çox rayonlarında sərt hava şəraiti ilə əlaqədar tətil elan olunub.
Ötən həftəsonundan Türkiyədə havanın temperaturu ölkənin qərb bölgələrindən başlayaraq mövsüm normalarından aşağı düşərək 10-15 dərəcə aşağı düşdüyündən qar yağması sürətlənib.
Bizim.Media