Hindistanda avtomobil “Google Maps” tətbiqinin səhvinə görə körpüdən aşıb.
Bizim.Media xəbər verir ki, toy üçün yola çıxan üç nəfər sözügedən tətbiqdən istifadə edib və körpünün tikintisinin hələ başa çatmadığını bilməyiblər.
Bu zaman isə “Xəritə” onları tikintisi yekunlaşmayan körpünün üzərinə gətirib.
Yerli sakinlər zədələnmiş avtomobili sudan çıxararaq hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər.
Avtomobildə olan hər 3 nəfər həlak olub. Həlak olanların ailəsi səlahiyyətliləri xəbərdarlıq nişanlarının olmamasına görə səhlənkarlıqda ittiham edib.
Bizim.Media