Ağ Ev Ukraynaya ATACMS raketlərinin Rusiyada istifadəsinə icazə verdiyini TƏSDİQLƏDİ

Hazırda oxunan: Ağ Ev Ukraynaya ATACMS raketlərinin Rusiyada istifadəsinə icazə verdiyini TƏSDİQLƏDİ

222371

Ağ Ev rəsmi olaraq təsdiqləyib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə hücumlar üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək icazəsi alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
 

"Onlar (Ukrayna - Red.) fövqəladə hallarda özlərini qorumaq üçün ATACMS-dən istifadə edə bilərlər", - Kirbi qeyd edib.


Onun sözlərinə görə, Ağ Ev rəhbərliyi dəyişib və Ukrayna ordusuna ATACMS-dan konkret tipli hədəflərə, o cümlədən Kursk vilayətinə və ona yaxın ərazilərə hücumlar üçün istifadənin mümkünlüyü barədə göstərişlər verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin