Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın nüvə silahının mümkün istifadəsinin qarşısını almaq üçün hər şeyi etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Almaniyanın keçmiş kansleri bu barədə BBC-yə müsahibəsində deyib.
“Rusiyanın nüvə potensialı qorxuludur, kütləvi qırğın silahlarından istifadənin qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir.
Xoşbəxtlikdən bir müddət əvvəl Çin də bu barədə müzakirələr apardı.
Biz qorxudan iflic olmamalıyıq, amma onu da etiraf etməliyik ki, Rusiya dünyanın ən böyük və ya ABŞ ilə birlikdə iki ən böyük nüvə gücündən biridir”, - Merkel qeyd edib.
Bizim.Media