Uruqvayda prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

Hazırda oxunan: Uruqvayda prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

222225

Uruqvayda keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin mərkəz solçu "Geniş Cəbhə" koalisiyasının namizədi Yamandu Orsi qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə 81,26 faiz səslərinin hesablandıqdan sonra Seçki Məhkəməsi tərəfindən açıqlanan nəticələrində qeyd olunub.

Məlumata əsasən, Orsiyə 942 470 seçici səs verib. Onun rəqibi, hakim sağ mərkəzçi Milli Partiyadan namizəd Alvaro Delqadonu 898 767 nəfər dəstəkləyib.

Delqado artıq seçkidəki məğlubiyyətini etiraf edib və rəqibini təbrik edib. Uruqvayın hazırkı prezidenti Luis Lakalle Pou da Orsini qələbə münasibətilə təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin