İndoneziyada daşqınlarda 13 nəfər həlak olub

Hazırda oxunan: İndoneziyada daşqınlarda 13 nəfər həlak olub

222201

İndoneziyanın Şimali Sumatra əyalətinin iki dairəsində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi əyalətin Təbii fəlakətlərin idarə edilməsi və nəticələrinin yumşaldılması idarəsinin nümayəndəsinə istinadən bildirib.
 

Məlumata görə, Deli Serdanq dairəsində sel suları dörd evi və məbəd binasını yuyub aparıb, nəticədə altı nəfər həlak olub, doqquz nəfər yaralanıb. Karo dairəsində yeddi nəfər ölüb və doqquz nəfər yaralanıb. Yaralılar yaxınlıkdakı xəstəxanalara yerləşdirilib.


İndoneziya Meteorologiya və Geofizika Agentliyi regionda yağıntıların normadan artıq intensivliyini proqnozlaşdıraraq ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunur ki, iqtidar orqanları zərər çəkmiş regionlara yardım göstərilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün səy göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin