“Hizbullah” bir gün ərzində İsrailə 160 raket atıb

Hazırda oxunan: “Hizbullah” bir gün ərzində İsrailə 160 raket atıb

222193

İsrail hərbçiləri günün əvvəlindən Livanın “Hizbullah” hərəkatının döyüşçüləri tərəfindən İsrailə 160 raketin buraxıldığını qeydə alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

Ordunun mətbuat xidməti bildirib ki, bu məlumatlar yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 17:00) olan vəziyyətə aiddir.
 

İMQ “Hizbullah”dan gələn təhdidlərə qarşı İsraili və onun xalqını qorumağa davam edəcəyini vurğulayıb.


Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda "Hizbullah" birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb və təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunda sərhədyanı rayonlarda quru əməliyyatının keçirildiyini elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin