Türkiyədə turizm sənayesi ilə bağlı ixtisaslaşmış təhsil müəssisələrində rus dilinin öyrənilməsi məcburi hala gəlib.
Bizim.Media xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə respublikanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat yayıb.
"Türklər rusları sevirlər. İki xalqın uzunmüddətli tarixi münasibətləri yaranıb. Onlar son üç-dörd ildə deyil, 20 ildən çoxdur ki, intensiv şəkildə ölkəmizə gəlirlər. Buradakı bir çox insan onsuz da rusca danışır. Hətta turizm peşəsindəki məktəblərdə yalnız ingilis dilini bilmək kifayət edirdisə, indi üçüncü dil kimi rus dilini öyrənməlisiniz”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, türk turizm sənayesi rusların tələblərini yaxşı bilir və bu spesifikliyə əsaslanaraq xidmət standartlarını inkişaf etdirir. Nazir Rusiya və Türkiyədən gələn turistlərin bir-birləri ilə maraqlandığına inanır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:58 / 24.05.2021
Turizm məktəblərində rus dili məcburi oldu – Türkiyəli nazirdən ŞOK AÇIQLAMA
Hazırda oxunan: Turizm məktəblərində rus dili məcburi oldu – Türkiyəli nazirdən ŞOK AÇIQLAMA
Hazırda oxunan: Turizm məktəblərində rus dili məcburi oldu – Türkiyəli nazirdən ŞOK AÇIQLAMA
22212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.