“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallanta qarşı çıxardığı həbs orderini dəstəkləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Beynəlxalq QHT Sərgisində çıxışı zamanı deyib.
“Biz beynəlxalq arenada bütün qüvvələrimizi Fələstin dövlətinin tanınması üçün səfərbər etmişik. Biz həmçinin İsrailin Fələstində soyqırımını dayandırmaq üçün tez bir zamanda icra tədbirləri görmək səylərimizi davam etdiririk.
Mən BCM-nin Netanyahu və keçmiş müdafiə naziri Qalan üçün həbs orderi vermək qərarını dəstəklədiyimizi bildirmək istərdim. Bu cəsarətli qərarın həyata keçirilməsinin vacibliyinə inanırıq”, - Ərdoğan qeyd edib.
Qeyd edək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmasına order verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:35 / 23.11.2024
Ərdoğan: “BCM-nin Netanyahunun həbsinə order vermək qərarı cəsarətli addımdır”
Hazırda oxunan: Ərdoğan: “BCM-nin Netanyahunun həbsinə order vermək qərarı cəsarətli addımdır”
Hazırda oxunan: Ərdoğan: “BCM-nin Netanyahunun həbsinə order vermək qərarı cəsarətli addımdır”
222062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.