ABŞ Prezidenti Co Bayden İsrail-Fələstin münaqişəsinin həll yolunu açılayıb. Onun fikrincə, Fələstin dövləti yaradılmalıdır.
Bizim.Media xəbər verir ki, bu bu haqda məlumatı “NBC News” nəşri ABŞ dövlət katibi Entoni Blinkenə istinadən yayıb.
O, qeyd edib ki, hər iki tərəfin bu mövzuda qarşılıqlı əlaqəsi üçün şərait yaratmaq lazımdır.
"Baxın, nəticədə bu, İsrailin bir yəhudi və demokratik dövlət kimi gələcəyini təmin etmək üçün yeganə yoldur və əlbəttə ki, fələstinlilərə də qazandıqları bir dövlət statusu verilməlidir”, deyə Blinken vurğulayıb.
Eyni zamanda, ABŞ dövlət katibi əlavə edib ki, bunu hazırda həyata keçirmək lazım deyil.
Onun sözlərinə görə, əvvəlcə atəşi dayandırmalı, humanitar məsələlərlə məşğul olmalı və fələstinlilərlə israillilərin əlaqələrini dərinləşdirməliyik.
Xatırladaq ki, İsrailin Qəzza zolağındakı sərhədində vəziyyət 10 may axşamı kəskinləşib. Eskalasiyanın başlanmasından bəri Fələstin anklavından İsrail ərazisinə bir neçə min raket atılıb. Mövcud məlumatlara görə, İsraildə ondan çox insan ölüb, 50-dən çoxu ağır yaralanıb.
İsrailin cavab hücumu nəticəsində ölən fələstinlilərin sayı bir neçə yüzə çatıb, 1,7 mindən çox insan yaralanıb.
20 may axşamı İsrail hakimiyyəti Fələstin-İsrail qarşıdurması bölgəsində ikitərəfli atəşkəs üçün Misirin təşəbbüsünü yekdilliklə qəbul edib.
Həmas Siyasi Bürosunun başçısının müşaviri Taher An-Nono İsrailin atəşkəsə riayət edəcəyi təqdirdə hərəkatın atəşkəsə riayət edəcəyini söyləyib. Atəşkəs mayın 21-də gecə saat 2-də qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:56 / 24.05.2021
Baydendən fələstinliləri sevindirəcək xəbər: “Dövlət statusu verilməlidir”
Hazırda oxunan: Baydendən fələstinliləri sevindirəcək xəbər: “Dövlət statusu verilməlidir”
Hazırda oxunan: Baydendən fələstinliləri sevindirəcək xəbər: “Dövlət statusu verilməlidir”
22205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.