İstanbulda azərbaycanlının üzərindən 70 kiloqram qızıl aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Sarıyer rayonunda “Vadi İstanbul” ticarət mərkəzinin qarşısında Azərbaycan vətəndaşı M.G.Ş. adlı şübhəli polislər tərəfindən saxlanılıb.
Onun İstanbul Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində saxlanıldığı bildirilib.
Həmin şəxs ilkin ifadəsində qızılın özünə aid olduğunu və diplomat kimi çalışdığını bildirib.
Faktla bağlı araşdırma başlanılıb.
Bizim.Media