“ABŞ Pxenyanın gücünü zəiflətmək məqsədilə Nüvə Paylaşma Hərbi Alyansını genişləndirir”.
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen İn Koreya Mərkəzi Xəbər Agentliyinə açıqlamasında bildirib.
“ABŞ və onun tərəfdarları hələ də bizim ideologiyamızı və sistemimizi tamamilə məhv etmək, xalqımızı yox etmək kimi alçaq ambisiyalarından əl çəkməyiblər,” – deyə Kim Çen İn vurğulayıb.
O əlavə edib ki, Koreya yarımadasında döyüşən tərəflər indiyədək heç vaxt bu qədər təhlükəli və kəskin bir vəziyyətlə üzləşməyib:
“Hazırkı gərginlik, ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək səviyyəyə çatıb,” – deyə o, xəbərdarlıq edib.
Bizim.Media