Pakistanın şimal-qərbində silahlı şəxslərin şiə müsəlmanları daşıyan avtomobillərə atəş açması nəticəsində 6-sı qadın olmaqla azı 42 nəfər həlak olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə son illərin ən qanlı hücumlarından biri sayılan faciədə 20 nəfər yaralanıb.
Yerli polis ən azı 10 sərnişinin vəziyyətinin kritik olduğunu bildirib.
Məzhəblərarası toqquşmada onlarla insanın həlak olduğu hadisə Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.
Hələki hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib.
Bizim.Media