Rusiyada erməni iş adamı gənc qızı döyüb, xaricə qaçdı

Hazırda oxunan: Rusiyada erməni iş adamı gənc qızı döyüb, xaricə qaçdı

221749

Rusiyanın Saratov vilayətinin Balaqovo şəhərində "Ambar" barında erməni mənşəli iş adamı Artyom Aspoyan gənc qızı döyüb. Hadisə geniş ictimai rezonans doğurub və nəticədə o, xaricə qaçıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı regionun İstintaq Komitəsi yayıb.

Mənbə qeyd edir ki, qurum onu beynəlxalq axtarışa verib.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb və Aspoyanın barın digər müştərisini saçlarından çəkərək döydüyü, həmçinin müdaxilə etməyə çalışan başqa bir qıza da zərbə vurduğu müşahidə edilib.

Bütün bu zaman ərzində iş adamı təhqiredici sözlər işlədib.

Onun barəsində cinayət işi açılıb. Hazırda Aspoyanı beş ilə qədər həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin