Rusiyanın raket hücumuna Zelenskidən REAKSİYA

Hazırda oxunan: Rusiyanın raket hücumuna Zelenskidən REAKSİYA

221745

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atdığı qitələrarası ballistik raket haqda danışıb və bu addımı sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Zelenski çıxışı zamanı Rusiyanı "dəli qonşu" adlandırıb.

“Bu gün bizim dəli qonşumuz bir daha əsl simasını nümayiş etdirdi: ləyaqətə, azadlığa və insan həyatına olan nifrətini. Onlar o qədər qorxurlar ki, artıq yeni raketlərdən istifadə edirlər. Üstəlik, İranda və Şimali Koreyada daha çox silah axtarırlar,” - deyə Zelenski qeyd edib​.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub. Hücum zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin