Falçının tələbəsi olmaq istəyən kişi onun 2 milyonunu ələ keçirdi

Hazırda oxunan: Falçının tələbəsi olmaq istəyən kişi onun 2 milyonunu ələ keçirdi

221726

Rusiyanın Yekaterinburq şəhərində bir kişi falçının 2 milyon rubldan çox pulunu ələ keçirib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, özünü Nikita Qromov kimi təqdim edən şəxs Tarot kartları ilə falçılıq edən qadınla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb və onun tələbəsi olmaq istədiyini bildirib.

Kişi əvvəlcə falçı qadını onu tələbə kimi qəbul etməyə razı salıb. Daha sonra o, falçıya kriptovalyuta ilə məşğul olduğunu deyib və ona kriptovalyuta alveri ilə pul qazanmağı təklif edib.

Falçı onun hər iki təklifini qəbul edib. Qadın birjaya iki milyon rubldan çox pul köçürdükdən sonra fırıldaqçı ona pulun müəyyən yoxlamadan sonra hesabında görünəcəyini deyib. Bundan sonra kişi yoxa çıxıb və bütün mesajlarını silib.

Falçı aldadıldığını anlayıb və polisə müraciət edib. Faktla bağlı cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin