Xamneyi: "Qərb İranla müharibə aparır"

Hazırda oxunan: Xamneyi: "Qərb İranla müharibə aparır"

221725
Qərb İranla müharibə aparır və bu müharibədə aparıcı rolu xarici dövlətlərin məxfi xidmət orqanları oynayır.

Bunu İranın ali dini lideri Ayətulla Əli Xamneyi Tehranda kəşfiyyat xidməti əməkdaşları ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, İran mürəkkəb bir müharibənin episentrindədir və düşmənin casus şəbəkəsi bu münaqişənin özəyini təşkil edir. Ancaq Xamneyi qeyd edib ki, bütün imkanlarına baxmayaraq, düşmən dövlətlərin məxfi xidmət orqanları hələ ki, hər hansı uğura nail ola bilməyib.

Xamneyi bununla belə İrana qarşı müharibədə məlumat oğruluğu, siyasətçilərin siyasi kurslarını dəyişmə, insanların baxışlarını dəyişmə, maliyyə hərcmərcliyi yaratmaxa0 kimi hər metodlara əl atan düşmənə yuxarıdan aşağı baxmamağa, lazımı qiymət verməyə çağırıb.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin