Böyük Britaniyanın baş naziri Putinə müraciət etdi: "Ukraynanı tərk edin"

Hazırda oxunan: Böyük Britaniyanın baş naziri Putinə müraciət etdi: "Ukraynanı tərk edin"

221596

Böyük Britaniyanın baş naziri Keir Starmer genişmiqyaslı müharibənin 1000-ci günü münasibətilə Rusiya prezidentinə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.

“Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin 1000-ci günündə bir daha deyirəm: müharibəni dayandırın. Ukraynanı tərk edin”, - deyə Starmer vurğulayıb.
 

Baş nazir, həmçinin qeyd edib ki, Putin G20 sammitinə ardıcıl üçüncü ildir ki, gəlmir: "O, öz sürgününün müəllifidir”.


Putinin Rusiyanın nüvə doktrinasına dəyişiklikləri imzalamasını şərh edən Britaniyanın baş naziri vurğulayıb ki, “Rusiyadan gələn bu məsuliyyətsiz ritorika bizi Ukraynanı dəstəkləməkdən çəkindirməyəcək”.

Xatırladaq ki, G20 sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin