Nazir: Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq

Hazırda oxunan: Nazir: Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq

221587

Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı:

“Bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi. Şöbələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq onlara məhdud şəkildə bank xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdı. Bu xidmətlər pul köçürmələri və kommunal xidmətlərin ödənişidir. Biz araşdırıb poçt şöbələri üçün digər mümkün məsələlərə də baxacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin