Türkiyəli mafiya başçısı Sedat Pekerin son bir ay ərzində “youtube” platformasında yayımladığı videolar dünyanın ən böyük reytinq cədvəlində (IMDb - Internet Movie Database) I yerdə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, həvəskər istifadəçilər tərəfindən “Return of the Reis”(Rəisin qayıdışı) adı ilə IMDb siyahısına əlavə edilən videolar 9,8 balla qiymətləndirilib ki, bu da, hazırda həmin siyahıdakı bütün televiziya verilişlərinin aldığı bütün xallardan yüksəkdir.
Qeyd edək ki, IMDb-də bir çox fərqli kateqoriyalarda qiymətləndirmə aparmaq mümkündür.
Sedat Pekerin yayımladığı videolar IMDb-nin televiziya verilişləri ilə bağlı reytinq cədvəlinə əlavə edilib.
Xatırladaq ki, S. Peker ona və ətrafındakı insanlara qarşı Türkiyədə başladılan genişmiqyaslı əməliyyatlardan hiddətlənərək, “youtube”da, Türkiyənin hazırkı və sabiq yüksək çinli məmurları haqqında qalmaqallı iddialar səsləndirib. Bu iddialar ölkədə geniş müzakirələrə səbəb olub. (Yeniavaz)
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:24 / 24.05.2021
Mafiya başçısının videoları reytinqləri qırdı
Hazırda oxunan: Mafiya başçısının videoları reytinqləri qırdı
Hazırda oxunan: Mafiya başçısının videoları reytinqləri qırdı
22154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.